“Borussiya”dan “Çelsi”yə

“Borussiya Dortmund”un hücumçusu Ceymi Bayno-Qittens “Çelsi”yə keçib.

Allsport.az xəbər verir ki, klublar artıq bu transferlə bağlı öz aralarında razılığa gəliblər. Hazırda 20 yaşlı futbolçunun London təmsilçisi ilə müqavilə imzalaması gözlənilir.

“Zadəganlar” ingiltərəli oyunçu ilə 7 illik sözləşmə bağlamağı planlaşdırır.

Ceymi ötən mövsüm bundesliqada 32 oyunda meydana çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan