“Böyük hesabla da qələbə qazana bilərdik”


Azərbaycan kubokunun 1/4 finak mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Kəpəz” – “Neftçi” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Samir Abbasovun mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, o, oyun barədə bunu deyib:

“Bilirsiniz ki, kubok oyunlarına necə köklənmişik. Bu məqsədi qarşımıza stimul kimi qoymuşuq. Əlbəttə, bu çətin səfərdən qələbə ilə dönmək yaxşıdır, amma bu o demək deyil ki, bu sondur. Çünki rəqibə epizodlar verdik. Hər cür hesab ola bilərdi. Böyük hesabla da qələbə qazana bilərdik. Əsas odur ki, bu matç o biri oyuna hazırlaşmaq üçün bizə yaxşı motivasiya və ümid verdi. Futbolçulara təşəkkür edirəm. Onlar da bunun “Neftçi” üçün əhəmiyyətini anlayırlar. Artıq Bakıya qayıdıb çempionat oyununa hazırlaşacağıq”.

Həmin kateqoriyadan