- Baxış sayı: 42
- 14 Fevral 2025 23:48
- Baxış sayı: 48
- Fevral 14, 2025
- 0
Serbiya Super Liqasında 17-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası – “OFK Belqrad” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Radniçki” ilə qarşılaşıb. Matç Subaşiçin komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Əsas heyətdə meydana çıxan Branimir bu matçın sonunadək meydanda olub.
Qeyd edək ki, “OFK Belqrad” hazırda 15 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.