Braziliya millisinin baş məşqçisi ümidlidir

Braziliya millisinin baş məşqçisi Dorival Junior açıqlama verib.

Allsport.az xəbər verir ki, Dorival millinin DÇ-2026-nın seçmə mərhələsindəki nəticələri ilə bağlı danışıb:
“Son iki matçda yaxşı futbol oynadıq, ancaq bəxtimiz gətirmədi. Komandaya inanıram və ümid edirəm ki, hər şey düzələcək. Braziliyada hamı nəticəyönümlüdür və mən bunu yaxşı başa düşürəm, çünki işlədiyim bütün klublarda uğur qazanmağa çalışmışam. Düşünürəm ki, onların əksəriyyətində verdiyim vədləri yerinə yetirə bilmişəm.”

Braziliya millisi son iki seçmə oyunda Venesuela və Uruqvayla heç-heçə edib. Hər iki görüş 1:1 hesabı ilə başa çatıb. Braziliya 12 turdan sonra 18 xalla 5-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan