Braziliyalı kikboksçu: Zabit Səmədovla ağır döyüş olacaq

Azərbaycan kikboksçusu Zabit Səmədovun rəqibi olan braziliyalı Antonio Silva, sentyabrın 8-də Bakıda mətbuat konfransında iştirak edib. Allsport.az saytı xəbər verir ki, o, döyüş öncəsi bunu deyib: “Peşəkar olduğum üçün rəqibimə hörmətlə yanaşıram. Maraqlı döyüş olacaq.

Zabit Səmədovun son döyüş üçün məni seçməsi mənim üçün fəxrdir. Bilirəm ki, o, Azərbaycanda kifayət qədər məşhurdur. Onun burada kifayət qədər dəstəkçisi olacaq. Burada sakit danışmağımıza baxmayın. Sentyabrın 10-da ağır döyüş olacaq”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish