- Baxış sayı: 32
- 06 Dekabr 2024 21:08
- Baxış sayı: 104
- Dekabr 05, 2024
- 0
Braziliyanın ölkəmizdə elçisi Manuel Da Kruz voleybol mərkəzində qadın millinin üzvləri, məşqçi heyəti, həmçinin AVF-nin rəsmiləri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, səfir söhbət zamanı komanda ilə tanışlığına şad olduğunu bildirib. O, həmçinin Azərbaycan millisinin Braziliyada keçiriləcək Tokio-2020-yə lisenziya xarakterli təsnifat Turnirində uğurlu çıxışına inam da ifadə edib:
“İdman insanları birləşdirir. Düzdür, futbol daha məşhurdur. Amma düşünürəm ki, voleybol da komanda idman növü kimi daha populyar və dinamikdir. Sizi qarşıda çətin yarış gözləyir. Azərbaycan millisinin növbəti mərhələyə vəsiqə əldə edəcəyinə inanıram. Ümid edirəm ki, bu, sonuncu görüşümüz olmayacaq. Sizlərə uğurlar arzu edirəm”.
Görüşdə Azərbaycan yığmasının kapitanı Odina Əliyeva səfirə voleybolçuların imzası olan top və forma hədiyyə edib. AVF-nin baş katibi Cəlil Cəfərov qurumun atributlarını səfirə təqdim edib.