“Bu cür davam etməliyik”

“Neftçi” premyer liqanın 12-ci turunda səfərdə “Zirə”yə 3:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Laurentsiu Regekampf bunu deyib:

“Oyuna çox yaxşı başladıq. İlk dəqiqələrdən nə istədiyimizi göstərdik. Topa nəzarət bizdə idi. Topu itirdikdə də dərhal pressinq tətbiq edirdik. Uduzduğumuz son 2 oyunda məhz bu cür məqamlar çatışmırdı. Buna görə də futbolçularla söhbətimiz olmuşdu.

Onlara demişdim ki, xarakter göstərmək lazımdır. Komandamızın gücü var və bunu göstərməliyik. Futbolçularımı bugünkü qələbə münasibəti ilə təbrik edirəm. Bu cür davam etməliyik”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish