“Bu cür oyunlara başqa cür köklənmək lazımdır”

“Sabah” premyer liqanın 8-ci turunda səfərdə “Şamaxı”ya 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Murad Musayev bunu deyib:

“Çox çətin oyun oldu. Rəqib demək olar ki, meydanın hər qarışı uğrunda mübarizə aparırdı. Bizim üçün heç də asan olmayan oyunun son dəqiqələrində qol vuraraq qələbə qazandıq.

Qələbəyə görə futbolçularıma təşəkkür edirəm. Lakin bu cür oyunlara başqa cür köklənmək lazımdır. Belə qələbələr komanda üçün psixoloji baxımdan da çox önəmlidir”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish