- Baxış sayı: 36
- 19 Yanvar 2025 23:35
- Baxış sayı: 128
- Yanvar 19, 2025
- 0
Allsport.az xəbər verir ki, “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 6-cı turunda “Neftçi” üzərində qazanılan qələbənin (1:0) komandaya təsiri barədə danışıb:
“Eyforiyadan və ya hansısa arxayınlıqdan söhbət gedə bilməz. Əksinə, bu cür qələbələr özünəinamı artırır.
Futbolçularla istər kollektiv, istərsə də fərdi söhbətlər zamanı vurğulayırıq ki, zirvəyə qalxmaq nə qədər çətindirsə, orada duruş gətirmək ondan da çətindir. Ona görə də bütün görüşlərə tam köklənməli, bu yanaşmanı digər matçlara də daşımalıyıq”.