“Bu dəfə əvəzin çıxdım”

Bolqarıstan paytaxtı Sofiyada U-20 dünya çempionatında yunan-Roma güləşçilərimiz 119 xalla komanda hesabında 2-ci yer tutub. Allsport.az saytı xəbər verir ki, bu yarışda 67 kq-da qalib olan Kənan Abdullazadə sevincini belə bölüşüb:

“5 görüş keçirdim. Bir neçə qarşılaşmada hesabda geridə olsam da, qələbə qazana bildim. Ən gərgin görüş Türkiyə güləşçisinə qarşı baş tutdu. Finalda Gürcüstan idmançısıyla qarşılaşdım.

Avropa çempionatında ona uduzmuşdum. Bu dəfə əvəzin çıxdım. Güclü təlim-məşq toplanışı keçmişdik. Üzərimdə əziyyəti olan məşqçilərimizə təşəkkür edirəm”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish