Bu dəfə “Sabah”ın qonağı olub

Peşəkar futbol liqasının rəhbər heyəti bu dəfə “Sabah” klubu ilə görüş keçirib. Allsport.az saytı xəbər verir ki, toplantıda komandanın prezidenti Maqsud Adıgözəlov, icraçı direktor Ramin Həsənov və idman direktoru İqor Ponomaryov iştirak edib. Qarşı tərəfi PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayev təmsil edib.

Maqsud Adıgözəlov qonaqları salamladıqdan sonra görüşə görə minnətdarlığını ifadə edib. O, xüsusilə çempionatın təşkili ilə bağlı “Sabah” klubu olaraq böyük gözləntilərinin olduğunu bildirib. Bugünkü hədəflərinin ilk olaraq yüksək keyfiyyətli infrastruktur, aşağı yaş qrupları üçün geniş imkanların yaradılması olduğunu vurğulayan klubun rəhbəri, bununla yanaşı, premyer liqada da uğurlu nəticələr əldə etməyə çalışdıqlarını qeyd edib.

Səmədov isə öz növbəsində PFL olaraq klubların istənilən müzakirələrinə açıq olduqlarını, təşkilati məsələlərlə bağlı problemlərin aradan qaldırılması yönündə bir sıra addımların artıq atıldığını bildirib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish