- Baxış sayı: 29
- 29 Sentyabr 2023 20:29
- Baxış sayı: 165
- Sentyabr 29, 2023
- 0
Bu gün “Sumqayıt” premyer liqanın 30-cu turunda səfərdə “Şamaxı” ilə qolsuz heç-heçə etdi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “kimyaçılar”ın baş məşqçisi Samir Abbasov bunu söylədi:
“İlk dəqiqələrdən gərginlik vardı. Hər 2 komanda səhv etməkdən qorxurdu. Bu gün itirilən xal fəlakətə bərabər ola bilərdi. Şamaxı çox çətin səfərdir. Meydança, hava amili təsir edir. Bəzi məqamlarda üstünlüyü ələ keçimişdik. Daha qətiyyətli olsaydıq, 3 xalla dönə bilərdik.
Təəssüf ki, son nöqtəni qoya bilmədik. Amma buna heyifsilənmirik. Çempionat davam edir. Bura gələn azarkeşlərə də təşəkkür edirəm. Futbolçularım xal itkisinə görə üzülmüşdü və birbaşa meydançanı tərk etdilər”.
Kamran HACI, Şamaxı