- Baxış sayı: 86
- 09 Oktyabr 2024 18:45
- Baxış sayı: 36
- Noyabr 08, 2024
- 0
Bu gün mərhum gənclər və idman naziri Azad Rəhimovun doğum günüdür. Allsport.az saytı xəbər verir ki, onun dünyaya gəlməsindən 60 il ötür. Görkəmli ictimai-siyasi xadim 1954–1958-ci illərdə Azərbaycan SSR nazirlər sovetini sədri olmuş Sadıq Rəhimovun nəvəsidir.
Azərbaycan prezidenti İlham Əliyevin 7 fevral 2006-cı il tarixli 1275 nömrəli sərəncamı ilə o gənclər və idman naziri təyin edilib. Azad Rəhimov bu müddət ərzində 2012-ci ildə “Avrovizia” mahnı müsabiqəsinin, 2015-ci ildə Avropa oyunlarının, 2016-cı ildə Ümümdünya şahmat olimpiadasının, 2017-ci ildə İslam həmrəyliyi oyunlarının, voleybol üzrə qadınları Avropa çempionatının, 2019-cu ildə UEFA Avropa liqası finalının, Avropa gənclərinin olimpiya festivalının, 2020-ci ildə isə UEFA qitə çempionatının Azərbaycanda baş tutması üzrə yaradılan komitələrin rəhbərlərindən olub.
Onun dönəmində olimpiya millimiz London-2012-də 2 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıb. Bu, indiyədək ən yüksək əyarlı nəticə sayılır. Ölkə başçısının 29 iyun 2015-ci il tarixli 1298 nömrəli sərəncamı ilə idman sahəsində xidmətlərinə görə “Şöhrət” ordeni ilə, 24 iyul 2019-cu il tarixli 1344 nömrəli sərəncamı ilə gənclərlə iş sahəsində xidmətlərinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Azad Rəhimov 2021-ci ilin yanvarından ağciyər xərçəngindən və qaraciyər serozundan müalicə alıb. O, 30 apreldə Bakı vaxtı ilə saat 22:45-də ABŞ-nin Nyu-York şəhərində xəstəxanaların birində dünyasını dəyişib. 2 may 2021-ci ildə 2-ci Fəxri xiyabanda dəfn olunub.