Bu gün ölkə çempionatı başlayır

Dekabrın 15-də voleybol üzrə yeni mövsümə start veriləcək. Allsport.az saytı xəbər verir ki, rəqabətə kişilər arasında debütant “Xarı bülbül” və MOİK komandalarının oyunu ilə start veriləcək. Görüş saat 14:00-da başlayacaq. Ardınca həm qadın, həm də kişi voleybolçuların çempionatlarının rəsmi açılışı olacaq.

Ötən illərdən fərqli olaraq bu il həm qadınların, həm də kişilərin çempionatı yüksək liqa adlanacaq. Qadınların yarışında “Azərreyl”, “Abşeron”, “Murov” və UNEC klubları qalib adı uğrunda mübarizə aparacaqlar. Kişilərin mübarizəsində isə MOİK, “Neftçi” “Murov” və mədəniyyət paytaxtımız Şuşanı təmsil edəcək “Xarı bülbül” qüvvəsini sınayacaq.

Qadın və kişi voleybolçuların yarışı 6 dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək. Çempionatların açılış mərasimi və oyunlar “Voleybol Mərkəzi”də keçiriləcək. Dekabrda, həmçinin qadınlar və kişi voleybolçular arasında I liqa yarışlarına da start veriləcək.

Bu gün gün kişi voleybolçulardan ibarət “Murov” klubunun avrokubok matçı da baş tutacaq. Saat 18:00-da rəqib Niderlandın “Orion” kollektivi olacaq. Cütün Niderlandda keçirilmiş ilk oyununda təmsilçimiz məğlub olmuşdu.

15 dekabr (proqram)
Azərbaycan çempionatı yüksək liqa (kişilər)
14:00. “Xarı bülbül” – MOİK (I tur)
16:00. Azərbaycan çempionatının rəsmi açılış mərasimi
Çağırış kubokunun 1/8 final mərhələsi
18:00. “Murov” – “Orion”

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish