- Baxış sayı: 34
- 14 Noyabr 2025 18:11
- Baxış sayı: 289
- Noyabr 13, 2025
- 0

Qadın həndbolçulardan ibarət klublarımız avrokuboklara hazırlaşırlar. Allsport.az saytı xəbər verir ki, son ölkə çempionu “Nur” (Mingəçevir) EHF, gümüş medalçı “Azəryol” (Bakı) Çağırış kuboklarında Azərbaycanı təmsil edəcəklər. Hər 2 yarışın püşkatması bu gün Avstriyanın paytaxtı Vyanda keçiriləcək.
EHF kubokunda 54 komanda iştirak edəcək. Bizimkilər ilk ələmədən mübarizəyə başlayacaq. İlk mərhələnin görüşləri sentyabrın 9-10-da, cavab oyunları bir həftə sonra keçiriləcək.
34 komandanın qatılacağı “Challenge Cup”da ilk matçları oktyabrın 14-15-də, cavab qarşılaşmaları bir həftə sonra baş tutacaq. Bakı klubu rəqabətə 3-cü təsnifatdan başlayacaq. Üçüncü mərhələnin görüşləri noyabrın 11-12-də və 18-19-da oynanılacaq.