“Bu, İlham Əliyevin uzun illər şahmata göstərdiyi yüksək qayğının nəticəsidir”

Hindistanın Çennai şəhərində 44-cü ümumdünya şahmat olimpiadası çərçivəsində FİDE-nin konqresində Mahir Məmmədov 2-ci dəfə vitse-prezidenti seçilib. Allsport.az saytı xəbər verir ki, AŞF-in rəhbəri qələbəsi belə dəyərləndirib: “Ölkəmizdə keçirilən mötəbər idman o cümlədən şahmat yarışları həm də təcrübəli idman funksionerlərini formalaşdırıb.

Artıq beynəlxalq təşkilatlar Azərbaycan idman funksionerlərini öz komandasında görmək istəyir. FİDE kimi nüfuzlu təşkilata vitse-prezident seçilməyim Azərbaycan şahmatının təntənəsidir. Bu, Azərbaycan prezidenti İlham Əliyevin uzun illər şahmata və şahmatçılara göstərdiyi yüksək qayğının nəticəsidir.

Batumidə seçkilərdə qələbə qazanandan sonra, Arkadi Dvorkoviç əvvəlcədən elan etdiyi proqram üzrə işləməyə başladı. FİDE rəhbəri çox zəhmətkeş və şahmatı sevən insandır. Yeni layihələrlə əksər çempionatların mükafat fondu artırıldı, bir sıra təqaüdlər təsis edildi. Mühüm layihələr həyata keçirildi.

Arkadi Dvorkoviç dünya şahmat ailəsini birləşdirdi və şahmatın daha da populyarlaşması istiqamətində böyük işləri reallaşdırdı. Eyni zamanda dünya çempionu Vişvanatan Anandın Arkadi Dvorkoviçin komandasında yer alması böyük dəstək idi. 2018-ci ildə 107 səslə qalib olan komandamız bu dəfə 157 səslə birincilik əldə etdi. Yekun nəticə FİDE-nin hazırkı rəhbərliyinin doğru yolda olduğunu göstərdi”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish