“Bu olimpiya dövrü əvvəlkilərdən daha qısadır”

Beynəlxalq cüdo federasiyasının hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə referilər və məşqçilər üçün beynəlxalq seminar işə başlayıb. Allsport.az saytı xəbər verir ki, qonaq təlimdə yeni qaydalar və müxtəlif vəziyyətlərin əyani nümayiş olunacağını deyib:

“Biz artıq yeni olimpiya dövrünə daxil olmuşuq. Bu dövr əvvəlkilərdən daha qısadır və biz qaydaları düzgün şəkildə tətbiq edərək idmançılara, həmçinin cəmiyyətə maraqlı və ədalətli idman nümayiş etdirmək niyyətindəyik.

Həmçinin, 2022-ci ilin iyun ayından etibarən başlayan təsnifat dövrü və 2024 0limpiya 0yunlarının yüksək səviyyədə keçməsi üçün yeni qaydaların düzgün formada tətbiq olunması vacibdir”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish