“Fasilənin mənfi tərəfləri var”

“Neftçi” premyer liqanın XXVII turunda rəqib meydanında “Səbail”ə 2:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, qonaqların baş məşqçisi Samir Abbasov mətbuat konfransında bunu deyib:

“Birinci hissədə yaxşı oynayıb, hücumlar edib iki qol vurduq. Fasilədən sonra da döyüşməli olduq. Niyə müdafiədə olmağımızla bağlı tənqid ola bilər, amma uşaqlar sınaqdan üzüağ çıxdılar.

Rəqibə çox epizod vermədik. Futbolçularımız sona qədər mübarizə apardılar. Bu qələbə bizim üçün çox önəmli idi, mübarizəmiz davam edir. Milli fasilə zədəli oyunçularımızın sağalması baxımından kömək olacaq.

Lakin heç bir komanda belə fasilələrlə razı olmur. Çünki yaxaladığın tempdən düşə bilərsən. Fasilənin mənfi tərəfləri var”.

Həmin kateqoriyadan