- Baxış sayı: 79
- 16 Sentyabr 2024 20:44
- Baxış sayı: 65
- Oktyabr 10, 2024
- 0
Paris-2024 paralimpiya oyunlarında 3-cü olan cüdoçu İlham Zəkiyev (J1, +90 kq) mükafatlandırmadan sonra sevincini bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, bu yarışa bir az hazırlıqsız olduğunu etiraf edib:
“6-cı paralimpiya oyunlarımdır. Bir az hazırlığımdan razı deyildim. Zədələr ucbatından hazırlığım istədiyim səviyyədə keçməmişdi. Bununla belə bürünc medal qismət oldu. Paralimpiadada istənilən medal qələbə deməkdir.
Çox sevinirəm, bu medalda çox insanın əziyyəti, zəhməti var – məşqçilər, məşq yoldaşları, ailə, komitə, federasiya. Hamısına təşəkkürümü bildirirəm. Çox şükür Allaha bu qələbəni bizə yaşatdı. Yaşasın, Azərbaycan!
Bu qələbəmi Azərbaycan xalqına həsr edirəm! Nəhayət, biz sərhədləri tam bərpa olunmuş Azərbaycanın adından çıxış edirik. Üçrəngli bayrağımızı çalışacağıq həmişə zirvələrdə saxlayaq”.