- Baxış sayı: 41
- 21 Mart 2025 23:57
- Baxış sayı: 48
- Mart 20, 2025
- 0
Azərbaycan premyer liqasının XXII turunun “Zirə” – “Neftçi” oyunundan (1:2) sonra “ağ-qaralar”ın baş məşqçisi Samir Abbasovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, o, oyun barədə fikrini açıqlayıb:
“Futbolçularım ilk dəqiqədən buraya qələbə qazanmaq üçün gəldiklərini göstərdilər. Lakin qol buraxandan sonra mən pərişan oldum. Düşündüm ki, buradan qələbə ilə çıxa bilərdik, bütün enerjimi də buna sərf etmişdim. Bununla belə, köməkçilərimə dedim ki, deməli, qismət belədir. Amma futbolçularım sağ olsunlar – həm Ramilin yaxşı ötürməsi, həm Koffini sona kimi mübarizə aparması… Bu qalibiyyəti qoparıb çıxarmaq mənim üçün çox xoş oldu”.