- Baxış sayı: 61
- 24 Mart 2023 18:50
- Baxış sayı: 93
- Mart 26, 2023
- 0
Azərbaycan cüdo federasiyasının vitse-prezidenti Elnur Məmmədli və baş katibi Rəşad Rəsullu Macarıstan paytaxtı Budapeştdə Beynəlxalq cüdo federasiyasının baş direktoru Vlad Marinesku ilə görüşüblər.
Allsport.az saytı xəbər verir ki, toplantıda tərəflər arasında əməkdaşlıq imkanları, Azərbayvanda cüdo idman növünün inkişafı istiqamətində birgə layihələr və BCF-in malik olduğu geniş təcrübənin Azərbaycanda tətbiqi məsələləri müzakirə edilib.
ACF rəsmiləri tərəfindən Azərbaycanda cüdonun populyarlaşdırılması və kütləviləşdirilməsi ilə bağlı həyata keçirilən və planlaşdırılan tədbirlər barədə məlumat verilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.