“Bugünkü məğlubiyyətdən dərs çıxarıb növbəti matça hazırlaşacağıq”

Azərbaycan premyer liqasının XXV turunun “Kəpəz” – “Neftçi” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Samir Abbasovun mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, o, məğlubiyyəti belə şərh edib: “Qol buraxdıq, amma qol vura bilmədik. Əlimizə düşən fürsətlərdən istifadə etmədik. Buna görə də uduzduq. Bizim üçün motivasiya hər oyuna qələbə üçün çıxmaq, qalib gəlməkdir. Bu gün matça yaxşı başladıq, qol epizodları yaratdıq, amma hücum zamanı verilən son qərarlara görə axsayırıq. Bunun da acı nəticəsi məğlubiyyət oldu. Bəzi oyunlarda epizodları qola çevirə bilirik, amma bəzilərində belə olur. Turnir cədvəlində yaxşı yerlərə yüksəlmək üçün bütün oyunlar önəmlidir. Bugünkü məğlubiyyətdən dərs çıxarıb növbəti matça hazırlaşacağıq”.

Həmin kateqoriyadan