“Bundan sonra daha yüksək nəticələr göstərməyə çalışacağam”

Zaqrebdə yunan-Roma güləşçilərin reytinq turnirində son ölkə çempionu İslam Abbasov olimpiya çəkisində (87 kq) 3-cü yer tutub. Xorvatiya paytaxtından allsport.az saytına açıqlama verən təcrübəli bahadır, çıxışını dəyərləndirib, yaxın hədəfindən danışıb:

“Yarış yüksək səviyyədə təşkil olunub. Rəqiblər cox güclü, təcrübəli idmançılar idi. 5 görüs keçirdim, hamısı da Avropa və dünya çempionatlarının mükafatçılar. Mənə görə yaxşı oldu ki, çoxlu tutaşmalar keçiridm. Çünki bir müddət yarışlardan kənar qalmişdım

Reytinq turnirinə hazırlığım 100 faiz deyildi. Bəzə səbəblərdən yığmanın düşərgəsinə tam qoşula bilməmişdim. O da özünü bəzi məqamlarda göstərdi. Bundan sonra hazırlığımı maksimum səviyyəyə qaldırıb, yarışlarda daha yüksək nəticələr göstərməyə çalışacağam. Uğurumda zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm. Çalişacağam ki, hər zaman onların etimadını doğruldum”.

Həmin kateqoriyadan