- Baxış sayı: 51
- 27 Yanvar 2025 22:10
- Baxış sayı: 114
- Fevral 05, 2025
- 0
Qadınların dünya kubokunun qran-pri mərhələsi olan “Moskva sablyası” keçirilib. Allsport.az saytı xəbər verir ki, ölkəmizi bu yarışda bacılar təmsil ediblər. Sevil Bünyatova qrupda keçirdiyi 6 görüşdən 4-nü qalib başa vurmaqla pley-ofa adlayıb.
O, 1/64 final mərhələsində italiyalı sablyaçı Katerina Navarrianı 15:13 hesabı ilə məğlub edib. Qılıncoynadanımzın turnirin 1/32 finalında da rəqibi İtaliya təmsilçisi olub. Qılıncoynadanımız bu dəfə Loreta Gulotta üzərində 15:14 hesablı qələbə qazanıb. 1/16 finalda polşalı Malqorzata Kozaçuka 10:15 hesabı ilə uduzan sablyaçımız 142 iştirakçı arasında 31-ci olub.
Sevinc Bünyatova qrup mərhələsində keçirdiyi 6 görüşdən 2-də qələbə qazansa da, xal hesabına görə növbəti mərhələyə yüksələ bilməyib.