“Buraxılan qollardan ikisində səhvə yol verdim”

“Araz-Naxçıvan” çempionlar liqasının əsas mərhələsinin 2-ci oyununda Serbiyanın “Lozniça Qrad” klubuna 1:4 uduzub. Allsport.az saytı xəbər verir ki, komandamızın futzalçısı Cavad Məmmədov belə açıqlama verib:

“Uşaqlıq arzularımdan biri çempionlar liqasında iştirak etmək idi. Bu gün klubumla ilk beynəlxalq oyuna çıxdım. Üzücü məqam komandanın məğlub olmasıdır. Biz bura mərhələ adlamaq, elit-raunda yüksəlmək üçün gəlmişdik. Buraxılan qollardan ikisində səhvə yol verdim. Xüsusilə də ikinci qolu qeyd edərdim. Çox çalışdım, amma təcrübəsizlikdən qaynaqlanan səhvlər etdim. Üçüncü qolda bəxtsizlikdən top ayağıma dəydi. Mübarizəni dayandırdığımıza görə, üzgünəm. Üç ay idi hazırlaşırdıq, təəssüf ki, məqsədimizə çata bilmədik.

Çempionlar liqasında ilk matçımın həyəcansız keçdiyini deyə bilmərəm. Tədricən təcrübə topladıqca həyəcan da olmayacaq. Bu halı “Neftçi”də oynayan vaxtlarda da yaşamışam. Hər dəfə “Araz-Naxçıvan”, “Bakü Fire” kimi rəqiblərə qarşı oynayanda oyunun məsuliyyətindən irəli gələn həyəcan yaşayırdım. Qrupda son matcımız təşkilatçı ölkənin çempionuna qarşı olacaq. Reytinq xalları qazanmaq üçün “Mostar”la görüşdən qalib ayrılmağa çalışacağıq”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish