- Baxış sayı: 39
- 22 Mart 2023 14:40
- Baxış sayı: 183
- Mart 22, 2023
- 0
Romada güləş üzrə Avropa çempionatı davam edir. Meydan artıq “sərbəstlər”ə verilib. 79 kq-da bürünc medal qazanan Cəbrayıl Həsənov mükafatlandırmadan sonra qələbə təssuratını allsport.az saytına danışdı:
“Romaya 4-cü dəfə Avropa çempionu olmaq üçün gəlmişdim. Rekord olmasını istəyirdim, amma kimsə Azərbaycanda bunu məndən sonra edəcəkdi. Alınmadı və yarımfinalda dayandım.
Millinin 3 həftəlik son toplanışında yaxşı hazırlaşmamışdım. İstanbulda yüngül zədələnmişdim. Bakıda yaxşı hazırlaşa bilmədim. Boynumda yırtıq, ayağımda əzik var idi. Tam hazır deyildim.
Özümü toparlamağa çalışacağam. Bakıda 1-2 həftə müalicə alacağam. Fiziki cəhətdən özümü bərpa edəcəyəm. Çalışacağam ki gələn yarışlarda belə səhvlər etməyim.
79 kq olimpiya çəkisi deyil. Bu çempionata 86 kq ilə gəlmək istəyirdim. Federasiyadan 79 kq-da qalmağımı istədilər. Məşqçilər belə məsləhət gördülər. Əgər lazım bilsələr, lisenziya turnirlərdinə iştirak etmək istəyərəm, amma indiki vəziyyətimlə yox. Hazır olsam, bunu istəyərəm”.
Kamran Hacı, Roma