- Baxış sayı: 20
- 04 İyun 2023 19:32
- Baxış sayı: 22
- İyun 04, 2023
- 0
Region kubokunda ölkəmizi təmsil edəcək “Cəbrayıl”ın rəqibi müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, Cavid Hüseynovun komandası ilkin mərhələdə Belarus “Kolos”u ilə üz-üzə gələcək. 2-ci qrupun oyunları Şamaxı olimpiya kompleksində keçiriləcək.
1-ci qrupun matçları isə Bakıda “Ask arena”da təşkil olunacaq. Həmin qrupda “Basiani” (Gürcüstan), “Kaskelen” (Qazaxıstan) və “Tallina Zapoos” (Estoniya) mübarizə aparacaqlar.
Qrup matçları 23-29 iyunda keçiriləcək. Qrupun 2 qalibi arasında sevinən komanda növbəti mərhələyə adlayacaq.