Cəlil Cəfərov beynəlxalq tədbirdə

Sentyabrın 22-də Balkan voleybol assosiasiyasının və Türkiyə voleybol federasiyasının prezidenti Akif Məhməd Üstündağın və CEV idarə heyətinin üzvü Cəlil Cəfərovun rəhbərliyi ilə assosiasiyaya üzv olan 11 federasiya nümayəndələrinin iştirakı ilə görüş olub.

Allsport.az saytı xəbər verir ki, iclasda BVA-nın fəaliyyəti və vacib olan məsələlər müzakirə edilib, iştirakçılara yeni sponsorlar haqqında məlumat verib.

Sentyabrın 23-də Şərqi avropa zona assosiasiyasının iclası keçirilib. EEVZA-ya üzv olan federasiya nümayəndələrinin iştirak etdiyi görüş çərçivəsində quruma prezident seçkiləri də baş tutub.

Svermənin nəticəsinə görə Ukrayna voleybol federasiyasının prezidenti Mixaylo Melnik seçkidə yeganə namizəd rəqibi olan Azərbaycan voleybol federasiyasının baş katibi Fərid Xəlilovu qabaqlayıb.

Sentyabrın 23-də Beynəlxalq voleybol federasiyasına (FİVB) üzv olan 222 yerli federasiyanın nümayəndələrinin iştirakı ilə 38-ci konqresinin açılış mərasimi olub. Toplantı ayın 25-də yekunlaşacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish