Cəlilabadda boks zalı 

Cəlilabad rayon uşaq gənclər idman məktəbinin boks zalının açılışı olub.

Allsport.az xəbər verir ki, mərasimdən öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər abidəsi kompleksini ziyarət edərək önünə əklil və gül dəstəsi qoyub, xatirələrini dərin ehtiramla anıblar.

Bölmənin açılışını bildirən qırmızı lenti Azərbaycan boks federasiyasının idarə heyətinin üzvü Rövşən Hüseynov kəsib. Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə zal fəaliyyətə başlayıb.

Qonaqlar burada yaradılan şəraitlə tanış olub, gələcək perspektivlərlə bağlı fikir mübadiləsi aparıb, boks zalında məşğul olan idmançılara uğurlar arzulayıblar.

Həmin kateqoriyadan