Cənub regionunda cüdo üzrə məşğələ

Şirvan olimpiya idman kompleksində cənub bölgəsindən olan məşqçilər və cüdoçular üçün seminar təşkil olunub.

Allsport.az saytı xəbər verir ki, ACF-in hakimlər üzrə meneceri, beynəlxalq “A” dərəcəli hakim Mətin Rəhimli tərəfindən keçirilən məşğələdə, tatamiyə daxil olma qaydaları və hansı hallarda cüdoçuların cərimə olunacağı haqqında ətraflı məlumat verilib.

Bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib. Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish