- Baxış sayı: 135
- 01 Noyabr 2024 23:55
- Baxış sayı: 192
- Yanvar 15, 2025
- 0
Xəbər verdiyimiz kimi, İran çempionatında 6-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən Təbrizin “Traktorsazi” və “Göstəriş”, eyni zamanda Ənzəlinin “Malavan” klubu da növbəti matçına çıxıb.
“Traktorçular” səfərdə “Sepahan”la qarşılaşıblar və qolsuz heç-heçəyə razılaşıblar. Təbrizin digər komandası – “Göstəriş” isə doğma meydanda “İstiqlal”a 0:2 hesabıyla uduzub. Hesabat turunda yalnız “Malavan” 3 xala sevinə bilib. Bu komanda səfərdə “Rah Ahan”dan üstün olub – 1:0.
Bu nəticələrdən sonra “Malavan” 16 klub arasında 10 xalla 5-ci, “Göstəriş” 8 xalla 7-ci, “Traktorsazi” isə 7 xalla 8-cidir.