“Çətin anlarda oyun intizamımızı itirmədik”

“Sabah” premyer liqasının 2-ci turunda səfərdə “Zirə”yə 3:1 qalib gəlib. qonaqların baş məşqçisi Murad Musayev qələbəyə belə şərh verib:

“Çox döyüşkən oyun alındı. Futbolçularımın oyuna yanaşmasından razı qaldım. Bu gün komanda qətiyyətli oyun nümayiş etdirdi. Hər 2 komandanın fürsətləri oldu.

Lakin biz çətin anlarda oyun intizamımızı itirmədik. Bunun da sayəsində qalib gəlməyi bacardıq”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish