- Baxış sayı: 29
- 04 Dekabr 2024 23:46
- Baxış sayı: 52
- Dekabr 04, 2024
- 0
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Avropa liqasının liqa mərhələsinin 3-cü turunda “Fənərbağça” ilə heç-heçə etdikləri oyun (1:1) haqda danışıb.
Allsport.az xəbər verir ki, niderlandlı mütəxəssis açıqlamasında oyunun çətin keçdiyini deyib:
“Çətin səfər oyunu oldu. Hesabda öndə olan zaman daha yaxşı müdafiə olunmalı idik. İkinci qolu vurmaq üçün imkanlarımız oldu. Qələbə qazana bilmədiyimiz üçün məyus olduq.
“Fənərbaxça”nın çox yaxşı azarkeşləri və bir sıra yaxşı oyunçuları var. Bu, yaxşı məşqçisi olan komandadır.
Bir xal qazanmağımız heç də pis deyil, amma qələbə qazanmaq istəyirdik.”