Cəzaçəkmə müəssisəsində basketbol lövhəsi istifadəyə verilib

Azərbaycan basketbol federasiyasının prezidenti Emin Əmrullayev, federasiyanın məsul əməkdaşları və milli komanda üzvləri 9 saylı cəzaçəkmə müəssisəsində məhkumlar üçün nəzərdə tutulan yeni basketbol lövhəsinin açılışında iştirak ediblər.

Allsport.az saytı xəbər verir ki, tədbiri giriş sözü ilə açan federasiya prezidenti Emin Əmrullayev, cəza çəkən insanları qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Təqvim il münasibətilə təbrik edərək, ən qısa vaxt ərzində bu bayramları ailələri ilə birgə qeyd etmələrini arzulayıb.

Sonra milli komandamızın üzvləri məhkumlara yığma komandanın formalarını hədiyyə ediblər. ABF tərəfindən yaradılmış basketbol lövhəsi məhkumların istirahət vaxtlarından daha səmərəli istifadə etmələri üçün nəzərdə tutulub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish