- Baxış sayı: 42
- 14 Fevral 2025 15:59
- Baxış sayı: 48
- Fevral 14, 2025
- 0
«Bakı gözəl şəhərdir. Burada ilk Avropa Oyunlarının keçiriləcəyindən xəbərimiz var. Qubada bizi yaxşı qarşıladılar. Yerli camaat çox qonaqpərvərdir».
Allsport.az saytı xəbər verir ki, Quba Olimpiya Kompleksində WSB-nin 9-cu turunda təşkil olunacaq «Baku Fires» – «Caciques Venezuela» görüşü ilə bağlı bu gün təşkil olunun mətbuat konfransında rəqibin baş meneceri Lazano Fernandes dedi. Mütəxəssis, uzun yolçuluğa rəğmən, komandanın yorğun olmamasını bildirdi:
«Buraya Karakas-Roma-İstanbul-Bakı reysi ilə gəlmişik. 24 saat yol qət etdiyimizə baxmayaraq, boksçularda yorğunluq əlaməti görmədim. Çünki bizim heyət gəncdir. Sabah yüksək səviyyəli döyüşlərə şahidlik edəcəyik».
Xatırladaq ki, Ümumdünya Boks Seriyasının 9-cu turunda «Baku Fires» – «Caciques Venezuela» görüşü martın 14-də saat 19:00-da Quba Olimpiya Kompleksində keçiriləcək.