- Baxış sayı: 59
- 27 Dekabr 2024 16:10
- Baxış sayı: 130
- Yanvar 19, 2025
- 0
Noyabrın 8-ində Fransanın Strasburq şəhərində Ümumdünya antidopinq agentliyinin (VADA) Avropa komitəsinin (CAHAMA) 62-ci iclası işinə başlayıb. Allsport.az saytı xəbər verir ki, ölkəmizi milli antidopinq agentliyinin icraçı direktoru Təhminə Tağızadə təmsil edir.
İki gün davam edəcək yığıncaqda müxtəlif milli antidopinq təşkilatlarının nümayəndələri dopinqlə mübarizə sahəsində mühüm məsələləri müzakirə edəcəklər.
Gündəliyin qəbulu ilə başlayan sessiyada iştirakçılar ötən – 61-ci iclasın hesabatını nəzərdən keçirib, CAHAMA-nın növbəti görüşlərinin planlaşdırılması da daxil olmaqla, inzibati məsələləri müzakirə ediblər.
Əsas diqqətin antidopinq siyasəti ilə bağlı məsələlərə yönəldiyi sessiyada antidopinq bəyannaməsinın məsləhətçi qruplarının nümayəndələri və digər ekspertlər VADA-nın prioritetlərinin müzakirəsində yaxından iştirak ediblər.
CAHAMA-nın növbəti görüşü antidopinq sahəsində səylərin inkişaf etdirilməsi və bu sahədə əlaqəli problemləri həll etmək üçün həlledici görüş olacaq.