- Baxış sayı: 34
- 09 Oktyabr 2024 11:59
- Baxış sayı: 16
- Oktyabr 10, 2024
- 0
Skopyedə keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı başa çatdı. Allsport.az xəbər verir ki, qitə birinciliyinin qızıl medalçısı olan Zaur Əliyev qazandığı növbəti uğuru haqqında açıqlama verib:
“Avropa çempionatında 3 görüş keçirdim. Üçü də mənim üçün ağır keçdi. Bunun da səbəbi iki ilə yaxın yarışlarda iştirak etməməyim idi. Əvvəlcə Rumıniya güləşçisiylə qarşılaşdım. İlk görüş hər zaman çətin olur. Yarımfinalda Rusiya təmsilçisiylə üz-üzə gəldim. Ona da çətinliklə də olsa, qalib gələrək finala yüksəldim. Türkiyə güləşçisi də güclü rəqib idi.
Final gərgin mübarizə şəraitində keçdi. Allaha şükürlər olsun ki, ona da qalib gələ bildim. Çalışacağam ki, belə qələbələrin davamı gəlsin. Qızıl medalı daim yanımda olan ailəmə hədiyyə edirəm. Mənə dəstək olan hər kəsə minnətdaram. Allah razı olsun. Dualarını əsirgəməsinlər. Hələ ki, karyeramı 55 kq-da davam etdirməyi düşünürəm. Növbəti Olimpiada ərəfəsində 60 kq-a keçməyi planlaşdırıram”.