- Baxış sayı: 24
- 14 Noyabr 2024 23:46
- Baxış sayı: 53
- Noyabr 14, 2024
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çempionlar liqasının 2-ci ələməsində İrlandiyanın “Dandalk” klubuna qarşı cavab oyunu öncəsi mətbuat konfransına qatılıb. Allsport.az saytı xəbər verir ki, o, ilk görüşdə 1:1 hesablı heç-heçədən sonra, cavab matçına daha ciddi hazırlaşdıqlarını söyləyib:
“Çox vacib oyuna hazırlaşırıq. Cavab matçı həmişə bizi daha diqqətli olmağa məcbur edir. Ələlxüsus da belə rəqiblərə qarşı. Hər iki komanda çox istəklidir. Nə qədər çətin olsa da, mənə elə gəlir ki, sabah bizi maraqlı oyun gözləyir. Çalışacağıq, baxımlı futbol oynayaq və uğurlu nəticə qazanaq.
Bədavi Hüseynovda durum heç də yaxşı deyil. Məşqlərə başladı, ancaq hiss etdi ki, həmin yerdə yenə ağrı var, çalışmanı dayandırdı. Dünən MRT olundu və qərar verdik ki, hələ müaəlicə davam etməlidir. Digər zədəlilər 100 faiz hazır olmasalar da, onlarda durum yaxşılığa doğru gedir.
Bütün rəqiblərə qarşı dəyişikliklər olur. Həmişə çalışmışıq ki, öz oyun üslubumuzu qoruyub saxlayaq və daha da yaxşılaşdıraq. Ancaq rəqibin qarşısını almaq da vacibdir. Hardasa səhvlər ola bilər, ancaq buna diqqət ayırmışıq. Rəqibin oyununu analiz etmişik. Çalışacağıq ki, rəqibin istədiklərinin qarşısını alaq. Ancaq öz oyunumuzdan da imtina etməyəcəyik”.