Camal Hill və Xəlil Rountri dağüstü parkda üz-üzə gəldi

Bakıda keçiriləcək UFC döyüş gecəsində rəqiblər qarşı-qarşıya dayanıblar. Allsport.az saytı xəbər verir ki, tədbirdə həmçinin azərbaycanlı UFC döyüşçüləri Rafael Fiziev, Nazim Sadıxov və Tofiq Musayev də iştirak ediblər.

Turnir iyunun 21-də “Bülllur” sarayda baş tutacaq. Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xəlil Rauntri arasında olacaq. Həmin gecənin ikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziyev ilə çilili İqnacio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.

Turnir çərçivəsində həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.

Həmin kateqoriyadan