Çanaqqalada təlim-məşq

Böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, komandanın böyük məşqçisi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında milli komandanın üzvləri Türkiyəyə yola düşüb.

Allsport.az xəbər verir ki, Azərbaycan təmsilçiləri 4-16 mayda Türkiyənin Çanaqqala şəhərində yerli yığma komanda ilə birliktə təlim-məşq toplanışında iştirak edəcək.

Təlim-məşqin ardından taekvondoçular 16 mayda prezident kubokunda iştirak etmək üçün Bolqarıstanın Sofiya şəhərinə yola düşəcək.

Yarışda Azərbaycanı 15 idmançı (11 kişi, 4 qadın) təmsil edəcək.

Həmin kateqoriyadan