Canluici Buffon ən böyük peşmanlığını açıqlayıb

17 il “Yuventus”da oynadıqdan sonra 1 mövsüm PSJ-yə keçən Buffon, daha sonra yenidən “Yuventus”a qayıdıb.

Allsport.az xəbər verir ki, italiyalı qapıçı PSJ karyerasında unudulmaz anınız sualına belə cavab verib:

“”Mançester Yunayted” ilə 1/8 finalın ilk oyununu oynamaq üçün Mançesterə getdik və qalib gəldik. Sonra ikinci görüşdə məğlub olduq və bu, karyeramın indiyədək ən böyük məyusluğu olaraq qalır. “Yuventus”da olduğu kimi, bu oyunda Kyellini kimi oynamaq arzusunda olan heç kim yox idi”

PSJ ÇL-in 1/8 final mərhələsində Parisdə keçirilən cavab oyununda Buffonun səhvindən sonra “Mançester Yunayted” tərəfindən mübarizədən kənarlaşdırılıb. 

Həmin kateqoriyadan