Canni de Byazi: “Ayaz Quliyevin bu sözü məni sevindirir”

Millimizin baş məşqçisi Canni de Byazi, “Ximki”də çıxış edən Ayaz Quliyevin yığmamıza çağırılması ehtimalından danışıb. Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis futbolçunun bir müddət əvvəl millimizdə oynamaq istəməsi barədə bunu deyib:

“Bəli. Onun dediklərini eşitmişəm. Ayazın bu sözü məni sevindirir. Amma milliyə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün Ayaz Quliyevin özü ilə danışmalıyam. Elə futbolçular lazımdır ki, bizə hörmət etsinlər, yığmaya rəğbət göstərsinlər. Millinin formasını geyinənlər bu ada yaraşan futbolçular olmalıdır”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish