Müsahibə mərhələsinə start

Avro-2020-nin Bakı könüllülük proqramının müsahibə mərhələsinə start verilib. Allsport.az saytı xəbər verir ki, olimpiya stadionunun informasiya mərkəzində keçirilən ilk müsahibə mərhələsində 265 könüllü namizəd iştirak edib.

Dekabrın 28-dək davam edəcək müsahibə mərhələsi bazar ertəsi istisna olmaqla həftənin digər günləri keçiriləcək.

Qeyd edək ki, müsahibə mərhələsinin ilk günündə proqramın səfiri Taleh Yüzbəyov da iştirak edərək könüllü namizədlərlə görüşüb.

Həmin kateqoriyadan