Cavanşir Qurbanov-71! O, cə­miy­yə­ti­miz­də barışın ini­ka­sı, za­ma­nın sülh nəb­zi­dir

Güləş bu günün nəzər-nöqtəsindən sadəcə bir idman növüdür. Lakin tarixi ən qədim dövrlərə gedib çıxan bu növ, əslində, köklü ictimai-sosial hadisədir. Çünki əvvəlcə ümumi, daha sonra milli-mental libaslı mürəkkəb mədəni-sosial dəyərləri olan cəmiyyətləri quranadək insanın ən ümdə vəzifəsi özünü təsdiq etmək olub. Bunun da əsas göstəricisi fərdin fiziki imkanları və ilk növbədə, gücü idi. Əslində, yaşamaq uğrunda mübarizənin əbədi həqiqəti güləşi tam mənada idman və əyləncə hadisəsi olmasına imkan verməyəcək. Elə bu gün 71 yaşını qeyd edən Cavanşir Kazım oğlu Qurbanov kimi. Dünya şöhrətli mütəxəssis Azərbaycan güləşində böyük iz qoyub. Aşağıda onun barəsində geniş danışağam. Amma ona keçməmişdən, Cavanşir müəllimin müsbət keyfiyyətindən biri, sülhsevər və barışdırıcı olmasından söz açmaq istəyirəm. Güləşimizin ağsaqqılı ilə yaxınlığımı çoxları bilir. Barəsində xeyli yazmışam. Bu dəfə əvvəl yazmadığım bir əhvalatı nəql edəcəyəm.

2007-ci il idi. “İdman”la yanaşı, “Futbol+” qəzetində çalışırdım. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının yekun tədbiri ilə “Bilmirəm bu hamam suyudur, yoxsa bozbaş “sərlövhəli məqalə yazmışdım. Bu, təşkilatın prezidenti Eldar İsmayılovu bərk qəzəbləndirmişdi. O, həm nəşri, həm də məni məhkəməyə verməyə hazırlaşırdı. Bunu Qurbanovla ortaq dostumuz, o dövrdə “Olimpiya dünyası” qəzetində işləyən Lətif Aslanov söhbər əsnasında ona danışır. Cavanşir müəllim bunu bilincə, dərhal hərəkətə keçir. Öncə mənə, sonra ona zəng vurur. Xülasə, ikimizi də barışdırır. Onun sülh yolunda başqa addımlarını da eşitmişəm: İranda uzun illər bir-birini görməyə gözü olmayan güləşin 2 nüfuzlu simasını, Azərbaycanda məşqçiləri barışdırıb. Bəli, o, cə­miy­yə­ti­miz­də baş ve­rən­lə­rin ini­ka­sı, za­ma­nın sülh nəb­zi­dir.

Cavanşir 6 dekabr 1947-ci ildə Bakı şəhərində anadan olub. O, id­ma­na er­kən yaş­la­rın­da, gü­lə­şə olan bö­yük sev­gi­si ilə gə­lib. İki gün­dən son­ra 7-ci onil­li­yi baş­la­na­caq bö­yük hə­yat yo­lu­nun gü­lə­şə həsr olun­muş his­sə­si uzun bir döv­rü əha­tə edir. Gü­ləş xal­ça­sı üzə­ri­nə ilk də­fə 1962-ci il­də Or­du İd­man Klu­bun­da çı­xan Ca­van­şir 4 il­dən son­ra ar­tıq id­man us­ta­sı nor­ma­sı­nı ye­ri­nə ye­ti­rib. Də­fə­lər­lə Azər­bay­can çem­pio­nu olub, Ümu­mit­ti­faq və bey­nəl­xalq tur­nir­lər­də mü­ka­fa­ta la­yiq yer tu­tub.

1972-ci il­də Xalq Tə­sər­rü­fa­tı İns­ti­tu­tu­nu (in­di İq­ti­sa­diy­yat Uni­ver­si­te­ti) bi­ti­rib. Am­ma özü­nü id­man­dan ay­rı tə­səv­vür et­mə­yən C.Qur­ba­nov id­man sa­hə­si üz­rə ali təh­sil al­maq üçün Bə­dən Tər­bi­yə­si ins­ti­tu­tu­na (in­di-ADB­Tİ­A) da­xil olub. Təh­si­li­ni da­vam et­dir­mək­lə ya­na­şı, Ba­kı Xalq Maa­ri­fi şö­bə­si­nin gü­ləş id­man mək­tə­bin­də məşq­çi, elə­cə də mək­tə­bin mü­di­ri və­zi­fə­sin­də ça­lı­şıb. Mək­tə­bə rəh­bər­lik et­di­yi 1990-cı ilə qə­dər ora­da sər­bəst gü­ləş üz­rə SSRİ, dün­ya və Av­ro­pa çem­pio­nu Xə­zər İsa­yev, yu­nan-Ro­ma gü­lə­şi üz­rə Av­ro­pa çem­pio­nu, dün­ya çem­pio­na­tı­nın gü­müş mü­ka­fat­çı­sı Na­tiq Ey­va­zov, Av­ro­pa çem­pio­na­tı­nın gü­müş mü­ka­fat­çı­sı Azad Əli­yev, gənc­lər ara­sın­da SSRİ bi­rin­ci­lik­lə­ri­nin qa­lib­lə­ri Tap­dıq İs­ma­yı­lov, Sey­mur Kə­ri­mov, Bay­ram Ab­dul­la­yev, Əf­qan Məm­mə­dov, Hə­mid Rə­su­lov, Bəh­ruz Məm­mə­dov ki­mi ta­nın­mış pəh­lə­van­lar ye­ti­şib. Onun özü­nün şəx­si məşq­çi­lik fəa­liy­yə­ti­nin məh­su­lu 10-a ya­xın id­man us­ta­sı və müx­tə­lif də­rə­cə­li id­man­çı­lar­dır. On­la­rın ara­sın­da 2003-cü ilin sər­bəst gü­ləş üz­rə bü­rünc mü­ka­fat­çı­sı, Afi­na olim­pia­da­sın­da 5-ci ol­muş Rüs­təm Ağa­ye­vi xü­su­si qeyd et­mək la­zım­dır.

Onun fe­de­ra­si­ya­nın 1-ci vit­se-pre­zi­den­ti ki­mi fəa­liy­yət döv­rü Azər­bay­can gü­lə­şi­nin şan­lı sə­hi­fə­lə­ri­ni təş­kil edir. Bu il­lər ər­zin­də pəh­lə­van­la­rı­mız, 2 qı­zıl və 1 gü­müş ol­maq­la, 3 olim­pi­ya me­da­lı­na sa­hib olub­lar.
Ca­van­şir Qur­ba­no­vun əmə­yi­nə ve­ri­lən qiy­mət yu­xa­rı­da sa­da­la­dı­ğı­mız fəx­ri ad­lar­da öz ək­si­ni ta­pıb. Bey­nəl­xalq Gü­ləş Fe­de­ra­si­ya­sı da, öl­kə­miz­də gü­lə­şin in­ki­şa­fı­na ver­di­yi töh­fə­lə­rin əvə­zin­də, onu özü­nün qı­zıl me­da­lı­na la­yiq bi­lib. 2007-ci ildə Ba­kı­da ke­çi­ri­lən dün­ya çem­pio­na­tın­da o vaxtkı Fİ­LA pre­zi­den­ti Ra­fa­el Mar­ti­net­ti da­ha bir mü­ka­fa­tı –
Se­na­tor­lar klu­bu­nun qı­zıl me­da­lı­nı ona təq­dim edib.

Azərbaycan prezidentinin 05 mart 2008-ci il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb. “Fəx­ri bə­dən tər­bi­yə­si və id­man iş­çi­si”, xalq maa­ri­fi əla­çı­sı, MOK üz­vü pro­fes­sor Cavanşir Qur­ba­nov Azər­bay­can gü­lə­şi­nin in­ki­şa­fı sa­hə­sin­də­ki ço­xil­lik fəa­liy­yə­ti­ni yo­rul­ma­dan da­vam et­dir­mək­lə ya­na­şı, həm də “Tə­fək­kür” uni­ver­si­te­ti­nin bə­dən tər­bi­yə­si ka­fed­ra­sı­nın mü­di­ri ki­mi öl­kə­də tə­lə­bə id­ma­nı­nın, gənc­lə­ri­mi­zin hər­tə­rəf­li, har­mo­nik in­ki­şa­fı­na da zəh­mət pa­yı­nı qa­tır. Pro­fes­sorun id­man nə­zə­riy­yə­si və təd­ris me­to­di­ka­sı sa­hə­sin­də­ki ya­rı­dı­cı­lı­ğı da təq­di­rə­la­yiq­dir. İn­di­yə ki­mi onun qə­lə­min­dən 20-yə ya­xın el­mi mə­qa­lə və me­to­di­ki və­sa­it çı­xıb. Onun Azər­bay­can id­ma­nı­na la­zım olan əmə­yi hə­lə bun­dan be­lə də öz əvəz­siz bəh­rə­si­ni ve­rə­cək.
Cavanşir Qurbanovun ötən il 70 illik yubileyi mübasibəti və ölkə idmanında roluna görə ölkə başçısı İlham Əliyev onu “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Kamran HACI

Həmin kateqoriyadan