“Çelsi”dən 100 milyon avroluq keçid

“Çelsi” “Barselona”nın müdafiəçisi Jül Kundeni transfer etmək istəyir.

Allsport.az xəbər verir ki, “zadəganlar” fransalı üçün təxminən 100 milyon avro təklif etməyə hazırlaşır. Bununla belə, Kunde “Barselona”da xoşbəxtdir və ayrılmaq istəmir. Kataloniya klubu da öz növbəsində 26 yaşlı futbolçu ilə müqaviləni 2030-cu ilin yayına qədər uzatmaq istəyir.

Kunde 2022-ci ilin iyulunda “Sevilya”dan “Barselona”ya keçib. Onun hazırkı müqaviləsi 2027-ci ilin iyununda başa çatır.

Həmin kateqoriyadan