- Baxış sayı: 12
- 11 Fevral 2026 21:35
- Baxış sayı: 39
- Fevral 10, 2026
- 0

“Çelsi”nin futbolçusu Enzo Fernandes klubunu dəyişə bilər.
Allsport.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi PSJ-nin hədəfindədir.
Paris təmsilçisi 24 yaşlı oyunçunu qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.
Fernandesin “Çelsi” ilə müqaviləsi 2032-ci ilə qədərdir.
O, cari mövsüm ərzində 30 oyunda iştirak edib, 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.