“Çelsi”nin oyununa təyinat aldı

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov növbəti dəfə təyinat alıb.

Allsport.az xəbər verir ki, o, çempionlar liqasının qrup mərhələsində Rusiyanın “Zenit” və İngiltərənin “Çelsi” komandaları arasında keçiriləcək VI tur matçında UEFA nümayəndəsi olacaq.

Dekabrın 8-ə Sankt-Peterburq şəhərindəki “Qazprom arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə 21:45-də başlayacaq.

Həmin kateqoriyadan