“Çempionatda xal fərqi o qədər də böyük deyil”

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Antalya toplanışı dəyərləndirib. Allsport.az xəbər verir ki, o, bunu deyib:

“Ümumilikdə toplanış yaxşı keçdi. Siyanda Xulunun heyətə qayıtmasını qeyd etmək istərdim. Zədəsini tam sağaldıb və hazırdır. Henri Okebuqvu ağır zədədən sonra məşqlərə başladı, son oyunlarda da iştirak etdi. Cavid Tağıyevin xəstələnməsi daha sonra isə kiçik zədə alması bizi üzdü. Hazırlıq proqramını istədiyimiz kimi baş çatdırdıq.

Bu gün son bərpa məşqimizi keçdikdən sonra axşam saatlarına vətənə dönəcəyik. Gələn həftə bizi “Qarabağ”la çox ağır oyun gözləyir. Çempionatda xal fərqi o qədərə də böyük deyil. Təqvim çox ağrdır. Bütün komandalar üçün hər xal vacibdir. Ümid edirəm ki, burada keçdiyimiz təlim-məşq toplanışının müsbət nəticəsini çempionat oyunlarında görə biləcəyik”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish