- Baxış sayı: 37
- 10 Oktyabr 2024 12:10
- Baxış sayı: 81
- Oktyabr 10, 2024
- 0
Çempionlar liqasında iştirakı dəqiqləşən “Araz”ın qapıçısı Rövşən Hüseynli federasiyanın rəsmi saytına açıqlama verib. Allsport.az xəbər verir ki, millimizin üzvü olan qolkiper bunu söyləyib:
“Federasiyanın saytında oxudum bu xəbəri. Əlbəttə, istərdik ki, biz bu vəsiqəni Yüksək Liqada mübarizə apararaq qazanaq. Ancaq mövcud vəziyyətlə əlaqədar bu, mümkün olmadı. Belə vəziyyətdə insan sağlamlığı hər şeydən üstdə dayanır. Biz də verilən qərarlara hörmətlə yanaşırıq. Bu günlər də tarixin səhifələrinə yazılacaq və illər sonra xatırlanacağıq.
Çempionlar liqasına gəldikdə, hər şey açıqlanan reylamentə uyğun davam etsə, mübarizəyə avqustda start veriləcək. Əvvəlcə ilkin mərhələnin oyunları, oktyabrda isə əsas mərhələnin görüşləri təşkil ediləcək. Kimin hansı mərhələdən mübarizəyə başlayacağı hələ ki açıqlanmayıb. Reytinq cədvəli dərc olunduqdan sonra bunu biləcəyik. Duzdur, sonrakı illərdəki nəticələrimizin ürəkaçan olmadığını deməliyəm. Bunun da səbəbləri müxtəlifdir.
Ötən il zallar bağlı olduğuna görə, “Araz” çempionlar liqasının oyununa xalça üzərində 10-15 gün hazırlaşıb, getdi. Halbuki AEK-i normal hazırlıq keçsəydik, böyükhesabla udacaqdıq. Üstəlik, reqlament də dəyişmişdi və cəmi bir oyun cütün taleyini həll etdi. İki il əvvəl isə səfərə komanda üzvlərinin demək olar, yarısı ilə yollanmışdıq. İranlı legionerlərimizə viza verilməmişdi.
Bu kimi səbəblər uğursuzluğumuzla nəticələndi. Bunlar artıq tarixdə qalıb. Əvəzində milli komanda ilə uğurlu nəticə qazandıq və final mərhələsinə yüksəldik. Əlbəttə, hər zəif nəticəmiz reytinq cədvəlində geriləməyimizə səbəb olur. Üstəlik, digər klublar da inkişafdadır. Həm çempionatları güclənir, həm də klubları.
Transferlərlə və hazırlıqla bağlı detalları baş məşqçi açıqlaya bilər. Məncə, bu mövsüm mümkün qədər irəliləməyə çalışacağıq. “Araz” hər zaman favoritlər sırasında olub. Rəqiblərimiz bizə hörmətlə yanaşıb. Bizdən xal alanda seviniblər. Ona görə də əvvəlki şöhrətimizi tədricən qaytarmalıyıq”.