Çempionların şəhər turu

Azərbaycanın minifutbol yığmasının Bakıda keçirilmiş dünya çempionatının qalibi olması münasibətilə şəhər turu keçirilib.

Allsport.az xəbər verir ki, Bakı turunda dünya çempionatında mübarizə aparan azərbaycanlı futbolçular iştirak ediblər.
Marşrut şəhərin tarixi və görməli yerlərindən keçib. Bundan sonra isə dünya çempionatındakı qələbəyə həsr olunmuş konsert proqramı təşkil olunub.
Elşad Quliyevin rəhbərlik etdiyi milli minifutbol üzrə dünya çempionatının final matçında Macarıstan yığmasını məğlub edib. İyunun 1-də milli gimnastika arenasında keçirilən qarşılaşma yığmanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Həmin kateqoriyadan